Elanlar

2019-2020-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları barədə ELAN

07 Oktyabr 2019

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bildirir ki, Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 2019-cu il 01 iyun tarixindən etibarən açıq elan edilmişdir.

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanmışdır.

Respublika ərazisində 2019-2020-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:

 

Ov obyekti olan  vəhşi heyvan və quş

 növü

Ovlanma müddəti

 

Adambaşına 1 dəfəlik  norma

 

Dağıstan turu

 

01 iyun 2019-cuil –

12 oktyabr 2019-cuil

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Qaban (Çöl dönuzu)

14 sentyabr 2019-cuil –

21 dekabr 2019-cu il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Dovşan

16 noyabr 2019-cuil –

11 yanvar 2020-ci il

2 baş

Bataqlıqqunduzu (nutriya)

05 oktyabr 2019-cuil-

15 fevral 2020-ciil

 

Nutriya təsərrüfat-

ları olan təşkilatlar

Cüllüt (ağquyruq çökükburun,  qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla)

 

14 sentyabr 2019-cu il –

23 noyabr  2019-cu il

 

12 ədəd

 

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

 

 

12 oktyabr 2019-cu il –

07  mart  2020-ci il

 

2 ədəd

 

Ördək (ağgöz qara ördək, göydimdik,qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

 

 

12 oktyabr 2019-cu il –

07 mart  2020-ci il

 

8 ədəd

 

 

Qaşqaldaq

 

12 oktyabr 2019-cu il –

07  mart  2020-ci il

 

12 ədəd

 

Alabaxta və bildirçin

 

 

24 avqust 2019-cu il-

16 noyabr 2019-cu il

 

12 ədəd

 

Bununla əlaqədar, vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyatı üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət oluna bilər.