Elanlar

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya namizədliyin təqdim olunması barədə

00 0000

ELAN
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlik yanında İctimai Şuranın üzvlərinin təyin olunması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin seçilməsini elan edir.
Namizədlərin seçilməsinə aid tələblər:
  1. Şuraya irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, ekologiya və təbii sərvətlər sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
  2. Hər bir vətəndaş cəmiyyəti institutu (qeyri-hökumət təşkilatları, ictimai birliklər, həmkarlar ittifaqları, komitələr, fondlar və s.) qanunvericiliyə əsasən ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
    1. İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
  • şəxsiyyət vəsiqəsinin surətini (müvafiq qaydada təsdiq edilmiş);
  • tərcümeyi-halını;
  • hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini (müvafiq qaydada təsdiq edilmiş);
  • tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.  
4. Yuxarıda göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina edilir.
5. Namizədlər tələb olunan sənədləri 2019-cu il 31 iyul - 30 avqust   tarixləri arasında, rəsmi iş günləri saat 10:00-dan 17:00-dək  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Seçki Komissiyasına) şəxsən təqdim etməlidir. Nazirlik yanında İctimai Şuranın öncəki seçki kampaniyasında iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının namizədləri işində hər hansı dəyişiklik olmadığı halda sənəd təqdim etməyə bilər (Bakı şəhəri, B.Ağayev küçəsi 100 A, tel: 012 538 15 21).