Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir
00 0000
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ali təhsilli, rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan və yaşı 25-dən yuxarı şəxslər iştirak edə bilər.
İştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal) 25 iyul 2019-cu il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.