Elanlar

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı ELAN

20 May 2019

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bildirir ki, Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 2019-cu il 01 iyun tarixindən etibarən açıq elan olunur.

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin  bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2019-2020-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

Ov obyekti olan  vəhşi heyvan və quş növü

Ovlanma müddəti

 

Adambaşına  birdəfəlik  norma

 

Dağıstan turu

 

01 iyun 2019-cu il –

12 oktyabr 2019-cu il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Qaban (Çöl dönuzu)

14 sentyabr 2019-cu il –

21  dekabr 2019-cu il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Dovşan

16  noyabr 2019-cu il –

11 yanvar 2020-ci il

 2 baş

Bataqlıq qunduzu (nutriya)

05 oktyabr 2019-cu il-

15 fevral 2020-ci il

 

Nutriya təsərrüfat-

ları olan təşkilatlar

Cüllüt (ağquyruq  çökükburun,  qırqıldayan  cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla)

 

 14 sentyabr 2019-cu il –

 23 noyabr  2019-cu il

 

      6 ədəd

 

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

 

 

12 oktyabr 2019-cu il –

07  mart  2020-ci il

    

      1 ədəd

 

Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

 

 

12 oktyabr 2019-cu il –

07 mart  2020-ci il

 

      4 ədəd

 

 

Qaşqaldaq

 

12 oktyabr 2019-cu il –

07  mart  2020-ci il

    

      6 ədəd 

 

Alabaxta və bildirçin

 

 

24 avqust 2019-cu il-

16 noyabr 2019-cu il

 

      6 ədəd


Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il  boyu ovlanmasına icazə verilir.
Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

-  qaban (çöl  donuzu) - Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad, Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;
-  dağıstan turu -  Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;
- dovşan – Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
- vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi  müəyyən olunmuş ov sahələrində.

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz.     
             
Bununla əlaqədar, vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət oluna bilər.