Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti AÇIQ TENDERƏ DƏVƏT EDİR
00 0000
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1: “Regional meşə təsərrüfatı mərkəzlərinin nəzarətində olan meşə sahələrinin kamera mühafizə sisteminin yaradılması” işlərininsatın alınması.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Təkliflərin qiymətləndrilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti, qrafikə uyğun malların (işlərin və xidmətlərin) təhvil verilməsi.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər. Əlaqələndirici şəxs: Vahid Məmmədov. Tel.: (012) 510 33 34, ünvan: Bakı şəhəri, Bəhram Ağayev küçəsi, 100A.
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində hazırlanmışdır.
Tenderin əsas şərtlər toplusunu almaq istəyənlər 200 manat iştirak haqqı köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi, VÖEN: 1401555071, Kod: 210005, m/h AZ41NABZ01360100000000003944, SWIFT Bik: CTREAZ22, Alan təşkilat: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkşafı Departamenti, VÖEN: 1300599171, büdcə təsnifatının kodu: 142340, Büdcə səviyyəsinin kodu: 7, 7-ci fond, hesab № AZ12CTRE00000000000002198410.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 20 iyun 2019-cu il saat 17:00 tarixə qədər aşağıdakı sənədləri (tender təklifi və 1% bank zəmanəti istisna olmaqla) təqdim etməlidirlər.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (hüquqi sənədlərin surətləri notarial qaydada təsdiqli olmalıdır);
- İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
İddiaçılar tender təklifi (təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1%-i həcmində tender təklifinin təminatını - bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) 1 iyul 2019-cu il saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, B.Ağayev küçəsi, 100A ünvanında yerləşən tender komissiyasına təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, Bəhram Ağayev küçəsi, 100A ünvanında yerləşən Meşələrin İnkişafı Departamentində 2 iyul 2019-ci il tarixdə saat 15:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər.
Tender komissiyası