Ramanada “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
25 Oktyabr 2026
Oktyabrın 27-i Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Ramana qəsəbəsində yerləşən Araz superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- Araz superstore - Yeni Ramana Şuşa qəsəbəsi, Şuşa Malıbəyli yolu küçəsi
- 27 oktyabr
- Saat: 15:00