Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək
04 May 2026
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər mövzusunda ictimai dinləmə keçiriləcək.
Tədbirin məqsədi ekoloji normaların tətbiqi, mövcud tələblərin müzakirəsi və ictimai rəyin öyrənilməsidir.
Tədbirin məqsədi ekoloji normaların tətbiqi, mövcud tələblərin müzakirəsi və ictimai rəyin öyrənilməsidir.
Görüşdə dövlət qurumlarının, tikinti şirkətlərinin nümayəndələri, memarlar, QHT-lər, KİV təmsilçiləri, ekoloqlar və mütəxəssislər iştirak edəcək.
- Tarix: 8 may 2026-cı il
- Saat: 15:00
- Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası (Heydər Əliyev prospekti 10)
Əlaqələndirici şəxs:
Elnur Ağayev – Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı
Telefon: 070 390 32 25
E-poçt: elnur.agayev@eco.gov.az