Elanlar


“EcoReels” müsabiqəsi keçirilir

01 May 2026

Müsabiqənin məqsədi ekoloji mədəniyyətin təşviqi, təbiətin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması və gənclərin sosial media vasitəsilə ekoloji təşəbbüslərə cəlb edilməsidir.

“EcoReels” yarışmasında istənilən yaş kateqoriyasından vətəndaşlar iştirak edə bilər.

Mövzu istiqamətləri:
Video həm məlumatlandırıcı, həm də ilhamverici olmalı, izləyiciləri təbiəti qorumağa təşviq etməlidir. Aşağıdakı mövzulardan biri üzrə vətəndaş mövqeyini əks etdirən reels hazırlana bilər:
• Tullantıların azaldılması və təkrar emal
• Biomüxtəlifliyin qorunması
• İqlim dəyişmələri və məsuliyyətimiz
• Ekoturizm və ekoloji mədəniyyət

Reels videoların formatına dair qaydalar

İştirakçıların təqdim etdiyi videolar aşağıdakı texniki və məzmun tələblərinə uyğun olmalıdır:
• Paylaşım şəxsi sosial media hesabında (Instagram və s.) yerləşdirilməli, ictimai açıq olmalı və nazirliyin səhifəsi etiketlənməli (tag) olmalıdır.
• Orijinal videolar pr@eco.gov.az elektron poçt ünvanına göndərilməlidir.
• Paylaşımda aşağıdakı həştəqlər qeyd edilməlidir:
#ecoreels #ətrafmühitgünü

Texniki tələblər:
• Video şaquli formatda (9:16) hazırlanmalıdır.
• Maksimum müddət: 30 - 90 saniyə
• Minimum keyfiyyət: HD (720p), tövsiyə olunan: Full HD (1080p)
• Video aydın görüntü və səs keyfiyyətinə malik olmalıdır
• Fayl formatı: MP4

Məzmun tələbləri:
• Video orijinal və müəllif işi olmalıdır.
• Mövzu yuxarıda qeyd olunan istiqamətlər ilə bağlı olmalıdır.
• Mesaj aydın, qısa və təsirli şəkildə təqdim edilməlidir.
• Kreativ yanaşma (hekayə, ideya, vizual effektlər) təşviq olunur.

Səs və musiqi:
• İstifadə olunan musiqi və səslər müəllif hüquqlarını pozmamalıdır.
• Danışıq və ya mətn varsa, aydın eşidilməlidir.
• Arxa fon musiqisi videonun mesajını kölgədə qoymamalıdır.

Mətn və dizayn:
• Videoda istifadə olunan yazılar oxunaqlı və qısa olmalıdır.
• Rəng və font seçimi vizual olaraq uyğun və diqqətçəkən olmalıdır.
• Lazım olduqda altyazı (subtitles) əlavə olunması tövsiyə edilir.

Qadağalar:
• Başqa mənbədən götürülmüş (plagiat) videolar
• Qeyri-etik, zorakı və ya uyğun olmayan məzmun
• Mövzu ilə əlaqəsi olmayan paylaşımlar
• Hər iştirakçı yalnız bir video göndərə bilər.

Qiymətləndirmə 2 meyarla həyata keçiriləcək:
I meyar: Mövzuya uyğunluq, kreativlik və ideya, mesajın aydınlığı və təsir gücü, texniki keyfiyyət (video, montaj)
II meyar: İctimai təsir (baxış, bəyənmə, paylaşım sayı)

Mükafatlandırma:
I yer – Airpods Pro (2nd generation)
II yer - Apple Airpods 4
III - Samsung galaxy tab A7

Müddət:
Videoların qəbulu: 01 may 2026 –31 may 2026