Elanlar


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

28 Aprel 2026

Aprelin 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Bravo marketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- "Bravo market" - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, giriş 77
- Saat: 14:30
- 30 aprel 2026-cı il