Elanlar


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

21 Aprel 2026

Aprelin 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Bravo" supermarketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Bravo supermarket - Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 5H
- Saat: 14:00
- 24 aprel, 2026-cı il