Ov mövsümü açıq elan edilib
19 Dekabr 2025
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti bildirir ki, Azərbaycan Respublikası ərazisində 2025-2026-ci illərin ov mövsümü 2025-ci il 20 dekabr tarixindən etibarən açıq elan edilmişdir.
Azərbaycan Respublikası ərazisində 2025-2026-ci illərin ov mövsümünün başlanması ilə bağlı vəhşi quşların və heyvanların ovlanması müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanmışdır.
Respublika ərazisində 2025-2026-ci illərin ov mövsümündə vəhşi quşların və heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:
|
Ov obyekti olan vəhşi heyvan və quş növü |
Ovlanma müddəti
|
Adambaşına 1 dəfəlik norma
|
|
Dovşan |
20 dekabr 2025-ci il – 11 yanvar 2026-cı il |
2 baş |
|
Qaz (ağqaş və qırmızı döş qaz istisna olmaqla) |
20 dekabr 2025-ci il – 01 fevral 2026-cı il |
1 ədəd |
|
Ördək (ağgöz dalğıc, göydimdik, qılquyruq, qırmızıbaş dalğıc, uzunquyruq ördək və mərmər cürə istisna olmaqla) |
20 dekabr 2025-ci il – 01 fevral 2026-cı il |
3 ədəd
|
|
Qaşqaldaq |
20 dekabr 2025-ci il – 01 fevral 2026-cı il |
3 ədəd |
Bununla əlaqədar, vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyatı üzrə regional ekologiya və təbii sərvətlər idarələrinə müraciət oluna bilər.