Elanlar


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin qarşısında keçiriləcək

18 Dekabr 2025

Dekabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- 23 dekabr
- 13:00
- 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi - Sumqayıt şəhəri, Bulvar küçəsi 66