Böyük maraqla gözlənilən “Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə keçiriləcək
17 Dekabr 2025
Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə 20 dekabr tarixində ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum
- 35 litr olan plastik butulka;
- 10 litr tutumu olan şüşə butulka/banka;
- 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də hədiyyələr qazanmış ola bilərsiniz!
- Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 (Qara Qarayev metro stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı)
- 20 dekabr 2025-ci il
- 12:00-14:00