Elanlar


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək

24 Noyabr 2025

Noyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
 
6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- 27 noyabr
- 14:00
- 6 saylı Bakı “ASAN xidmət” mərkəzi - Xətai rayonu, Vunq Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığı