
Yer təkindən istifadə üzrə növbəti hərrac elan edilir
24 İyun 2025
7 avqust 2025-ci il tarixində saat 11:00-da, Bakı şəhəri Əmlak Xidmətləri Məkanında Balakən rayonunun inzibati ərazisində yerləşən “Katexçay”, Oğuz rayonundakı "Muxas-Daşağılçay" qum-çınqıl və "Nic" gil yataqları auksion formasında hərraca çıxarılacaq. Ümumilikdə 6 LOT üzrə sahələrdə 10 ay müddətində istismara icazə veriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31A) müraciət edə bilərlər.
Xatırladaq ki, 31 iyul saat 18:00-da sənəd qəbulu başa çatır.
Elanın digər məlumatları ilə buradan tanış ola bilərsiniz.