Elanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun “baş mütəxəssis-hüquqşünas” vəzifəsi üzrə vakansiya elan olunur

18 Aprel 2025

Struktur bölmə: Dövlət Geoloji İnformasiya Fondu
Vəzifə: Baş mütəxəssis-hüquqşünas
Vəzifə maaşı: 760 azn
Vəzifə funksiyası: Hüquqi xarakterli sənədlərin hazırlanmasında iştirak edir;

Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrini qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlayır və ya hazırlanmasında iştirak edir, həmin layihələrə münasibət bildirir;

Vəzifəsinin icrası ilə bağlı daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin edir və müvafiq cavabların hazırlanmasında iştirak edir;

Sazişlər, müqavilələr, müqavilələrə əlavələr, düzəlişlər, dəyişikliklərin hazırlanmasında, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak edir, müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir;

Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;

Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxır, həmin layihələrə münasibət bildirir;

Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak edir;

Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə Dövlət Geoloji İnformasiya Fondunun mənafeyini müdafiə edir və iştirak etdiyi məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir, hüquqi və qanuni mənafelərini müdafiə edir, bununla əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;

İcraçılar tərəfindən hazırlanan sənədlərə baxır, rəy bildirir, qanunlara və başqa normativ-hüquqi sənədlərə istinadların düzgünlüyünü müəyyənləşdirir;

Fondun işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər verir;

Dövlət orqanlar və ictimai təşkilatlarla yazışmalar aparır;

Fondun Əsasnaməsinə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirir;

Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına dair tədbirlər görür;

Vəzifə funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları  icra edir.

Bilməlidir: qüvvədə olan sahəvi və normativ aktlar, o cümlədən əmək qanunvericiliyi, mülki, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma qaydaları, yuxarı orqanların qərar, sərəncam, əmrlərini

Təhsilə dair tələblər:  Hüquqşünaslıq ixtisası üzrə ali təhsil

Kompüter biliklərinə dair tələblər:  MS Office proqramları

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər məlumatlarını (CV) 10 may 2025-ci il tarixinədək  mövzu bölməsində “Baş mütəxəssis-hüquqşünas” qeyd etməklə lhr@eco.gov.az elektron poçt ünvanına  göndərə bilərlər.