Elanlar

Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

04 Aprel 2025

Aprelin 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
 
Araz superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Araz superstore - Suraxanı rayonu, Elçin Məmmədov 5k (“Hövsan Mall”un yaxınlığı)
- Saat: 12:00
- 8 aprel