Elanlar

“Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

03 Mart 2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 6 mart tarixində Nəsimi rayonu, Tbilisi prospektində yerləşən Araz superstore qarşısında keçiriləcək.
 
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Araz” superstore - Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2
- Saat: 11:00
- 6 mart