
“Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək
31 Yanvar 2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə cari ilin ilk “Tullantıları ekoçantaya dəyiş” aksiyası 4 fevral tarixində Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən “Araz” supermarketin qarşısında keçiriləcək.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- “Araz” supermarket - Xətai rayonu, Ceyhun Həsənov küçəsi (Gənclik parkının yaxınlığı)
- Saat: 10:00
- 4 fevral