Elanlar

Onlayn ictimai müzakirə keçiriləcək

11 Dekabr 2024

Ölkə ərazisində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələri (körpələr evi, uşaq bağçaları və s.) və ümumi təhsil müəssisələri (məktəb, lisey, gimnaziya, internat və s.) ərazilərində qurumuş və ya qəzalı vəziyyətdə olan yaşıllıqların ekoloji qiymətləndirilməsinə dair 13 dekabr 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən onlayn ictimai müzakirə keçiriləcək.
 
Aidiyyəti dövlət qurumlarının, ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdə daxil olan müraciətlərə operativ baxılmasının təmin olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Müzakirəyə qoşulmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

15:00-16:00

16:00-17:00