Elanlar

Tibbi tullantıların qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində birgə əməkdaşlıq üçün elan olunan müsabiqə başa çatıb

18 Sentyabr 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün elan etdiyi müsabiqə yekunlaşıb.
20 avqust-16 sentyabr tarixlərində keçirilən müsabiqə çərçivəsində təqdim olunan layihələrə və müvafiq sənədlərə müsabiqə komissiyası tərəfindən baxış keçirilib.
Təqdim olunan müraciətlərin qiymətləndirilməsi zamanı “BT Texno Servis” MMC tərəfindən təqdim edilən layihə ən sərfəli və icrasına ən az zaman tələb olunan layihə olaraq müsabiqənin qalibi elan edilib.