Elanlar

Altıağac Milli Parkı 20 yaşında!

29 Avqust 2024

Təbiətsevərlərin diqqətinə!
 
31 avqust Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parkda "açıq qapı" günü keçiriləcək.

Xızı rayonun inzibati ərazisində yerləşən Altıağac Milli Parkı özünəməxsus rəng çalarları, sıx meşələri, çəmənlikləri ilə ilin bütün fəsillərində hər kəsi valeh edir.

Təmiz dağ havasında təbiətlə harmoniyada dincəlmək üçün Altıağac Milli Parkı hər kəsin yolunu gözləyir.

Qeyd edək ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.