İctimai dinləmə keçiriləcək
15 Avqust 2024
Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 23 avqust tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrəniləcək. Həmçinin Şəki və Cəlilabad rayonlarında qurumuş ağacların götürülməsinə dair müraciətlər üzrə fikir mübadiləsi aparılacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər 23 avqust 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət olunurlar.
Əlaqələndirici şəxs: Elnur Ağayev, informasiya təminatı üzrə aparıcı mütəxəssis, tel: 055-900-55-56, e-poçt: elnur.agayev@eco.gov.az