Elanlar

“Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya keçiriləcək

20 Avqust 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya 23 avqust tarixində Araz Neftçilər Superstore - Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən filialında təşkil olunacaq.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Araz” Neftçilər Superstore - Bakı şəhəri,
Nizami rayonu, Şərifli küçəsi 25
- Saat: 11:00
- 23 avqust