Elanlar

Dənizkənarı Milli Parkda “12 avqust-Xəzər günü”nə həsr olunmuş tədbir keçiriləcək

11 Avqust 2024

 
Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və əyləncəli tədbir təşkil olunacaq.

Tədbir zamanı Xəzərsahili əraziləri əhatə edən milli parkların stendləri sərgilənəcək, interaktiv zona yaradılacaq, iştirakçılar arasında ekoviktorina təşkil ediləcək, həvəskar rəssamlar və könüllülər Xəzər dənizini əks etdirən rəsmlər çəkəcək, müxtəlif yaş qrupundan olan uşaqlar və gənclər üçün interaktiv oyunlar keçiriləcək.

Tədbir çərçivəsində, həmçinin IDEA İctimai Birliyinin dəstəyi ilə çəkilmiş “Qızılağac Milli Parkı”na həsr olunmuş film nümayiş etdiriləcək. Filmin nümayişi saat 19:30-da başlayacaq.

12 avqust tarixində saat 17:00-dan başlayacaq və Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında təşkil olunacaq tədbirə hər kəsi dəvət edirik.