Elanlar

“Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya Sahil qəsəbəsində keçiriləcək

30 İyul 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya 2 avqust tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində keçiriləcək.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Araz” superstore - Bakı şəhəri, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi (Sahil qəsəbəsi)
-  Saat: 11:00
-  2 avqust