Elanlar

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

23 İyul 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Neptun” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 26 iyul tarixində “Neptun” supermarketlər şəbəkəsinin “Həzi Aslanov” m/s yaxınlığı, Rəsul Rza küç., 29/42 ünvanında yerləşən filialında təşkil olunacaq.
 
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Neptun” superstore - Xətai rayonu, Rəsul Rza küç., 29/42 (“Həzi Aslanov” m/s yaxınlığı)
- Saat: 11:00
- 26 iyul