Elanlar

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Saray qəsəbəsində keçiriləcək

11 Aprel 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Yaşıl Asan” təşəbbüs qrupu və Saray qəsəbə 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 15 aprel tarixində məktəbin həyətində keçiriləcək.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Saray qəsəbə 2 nömrəli tam orta məktəb – Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsi
- Saat: 11:00
- 15 aprel