Elanlar

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

09 Aprel 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 12 aprel tarixində 3 mikrarayon dairəsində yerləşən “Spar superstore qarşısında keçiriləcək.
 
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Spar superstore – Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mik. dairəsi, 3005-ci məhəllə
- Saat: 12:00
- 12 aprel