Elanlar

İctimai dinləmə keçiriləcək

29 Mart 2024

“Əhalinin ekoloji təhsili və ekoloji maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai dinləmə keçiriləcək.
 
05 aprel 2024-cü il tarixdə, saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunacaq tədbirdə Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin əməkdaşları və QHT nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulub.

- Əlaqələndirici şəxs: Bəhruz Seyidov
- 051-460-18-60
- E-poçt: behruz.seyidov@eco.gov.az
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (K.Kazımzadə küç. 100A)
- Saat: 15:00