Elanlar

Lənkəranda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

29 Mart 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 2 aprel tarixində Lənkəran regional "ASAN xidmət" mərkəzinin qarşısında keçiriləcək.
 
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

Lənkəran regional "ASAN xidmət" mərkəzi - Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km
- Saat: 13:00
- 2 aprel