Elanlar

Yel çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

08 Mart 2024

Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbə - Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
 
Həzi Aslanov metro stansiyası yaxınlığındakı Neptun supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Neptun supermarket - Rəsul Rza küç. 29/42 (Həzi Aslanov m/s yaxınlığı)
- Saat: 14:00
- 12 mart