Elanlar

Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

11 Mart 2024

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 14 mart tarixində Sahil qəsəbəsində “Araz” supermarketin qarşısında keçiriləcək.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Araz” supermarket - Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 15.
- Saat: 12:00
- 14 mart