Elanlar

Su çərşənbəsində 2024-cü ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

23 Fevral 2024

Baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Əhmədli qəsəbəsindəki Bravo hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Bravo hipermarket - Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4.
- Saat: 14:00
- 27 fevral