Elanlar

Od çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

28 Fevral 2024

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
 
Xırdalan şəhərindəki Neptun hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- Neptun hipermarket - Xırdalan - Binəqədi şosesi (Respublika Dövlət Yol Polisi idarəsinin yanı)
- Saat: 14:00
- 5 mart