Elanlar

İctimai dinləmənin vaxtı dəyişdirilib

20 Oktyabr 2023

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsi ilə bağlı 20 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan ictimai dinləmənin vaxtı 24 oktyabr 2023-cü il, saat 15:00-a keçirilib.

Agentliyin inzibati binasında keçiriləcək tədbirdə sifarişçilər, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə adıçəkilən layihənin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə müzakirələr aparılacaq.

Əlavə məlumat üçün: 055 900 55 56
24 oktyabr 2023-cü il
Saat 15:00
Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10)