Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinə hüquqşünas və mühasib vəzifələri üzrə işə qəbul elan edilir.
13 Oktyabr 2023
Bununla əlaqədar, müvafiq ali təhsilə və 2 (iki) il əmək stajına malik olan şəxslər tələb olunan sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi halı, diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, hərbi biletin surəti, yaşayış yerindən arayışı, sağlamlıq barədə arayışı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməklə müraciət edə bilərlər.
Sənədlərin elektron versiyasını lhr@eco.gov.az ünvanına da göndərə bilərsiniz.
Son müraciət tarixi: 31 oktyabr 2023
Əlavə suallar üçün əlaqə nömrəsi: +994 55 455 36 64