Elanlar

“Atmosferə atılan istixana qazlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılır

22 Sentyabr 2023

“Atmosferə atılan istixana qazlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin mətni ictimai müzakirənin təmin edilməsi məqsədilə Nazirliyin (eco.gov.az) rəsmi saytında yerləşdirilib.

Vətəndaş cəmiyyəti institutları, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər layihə ilə tanış ola, rəy, irad və təkliflərini bu elan yerləşdirildiyi tarixdən 22 noyabr tarixinədək lhr@eco.gov.az ünvanına göndərə bilərlər.