Elanlar

İctimai dinləmə keçiriləcək

21 Sentyabr 2023

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan Reabilitasiya Pansionatının, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin və “Xətai Park” MMC tikinti şirkətinin inşa etdiyi yaşıyış kompleksinin ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək.

22 sentyabr 2023-cü il tarixində saat 15:00-da Agentliyin inzibati binasının (Heydər Əliyev prospekti 10 ünvanı) konfrans zalında ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcək tədbirdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.

Əlavə məlumat üçün: 055 900 55 56