Elanlar

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi məqsədilə imtahan keçiriləcək

19 Sentyabr 2023

29 sentyabr 2023-cü il, saat 10:00 tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi” Qaydasının tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində imtahan keçiriləcək.

İmtahan müddəti 2 (iki) saatdır. İmtahan zamanı, 30 (otuz) qapalı tipli və 10 (on) açıq tipli olmaqla, 40 (qırx) test tapşırığı təqdim edilir. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahandan 60 bal toplamış namizəd müvəffəqiyyətlə keçmiş hesab olunur.