Elanlar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə ELAN EDİR

16 İyul 2023

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
  • 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 12 iyul 2023-cü il tarixindən 26 iyul 2023-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.