Elanlar

İctimai dinləmə keçiriləcək

10 İyul 2023

Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə 14 iyul 2023-cü il tarixində saat 11:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında keçiriləcək.

Viləşçay su anbarının II növbəsinin tikintisinin ekoloji cəhətdən qiymətləndirilməsi üzrə təşkil olunacaq ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək, maraqlı tərəflərin fikirləri dinlənərək yekun rəy qəbul ediləcək.

Əlavə məlumat üçün: 055 900 55 56