Elanlar

Növbəti ictimai dinləmə keçiriləcək

23 May 2023

26 may tarixində Zəngilan rayonunun inzibati ərazisində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair ictimai dinləmə keçiriləcəkdir.

Tədbirdə təqdim olunan layihədə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər kütləvi informasiya vasitələri və maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcəkdir.

26 may 2023-cü il
15:00
Dövlət Ekoloji Ekspertiza Agentliyi