Elanlar

"Təbiət sənin gözündə” adlı fotomüsabiqənin vaxtı uzadılıb

19 Mart 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 02 mart 2023-cü il tarixində start verilən "Təbiət sənin gözündə” adlı fotomüsabiqəyə müraciətlərin vaxtı uzadılıb.

Müsabiqədə iştirak etmək istəyənlər lentə aldıqları fotoşəkilləri 01 aprel 2023-cü il tarixinədək public@eco.gov.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqə 22 mart - Dünya Su Günü ilə əlaqədar “Su mənbələri sənin gözündə” mövzusuna həsr olunub. 

Müsabiqədə iştirak üçün şərtlər aşağıdakı kimidir:

  • Müsabiqədə iştirak üçün fotoların qəbulu: 02 mart – 01 aprel 2023-cü il
  • Müsabiqədə fotoların səsvermə müddəti: 01 aprel - 03 aprel 2023-cü il
  • Müsabiqədə iştirak edəcək fotoların təsviri: dəniz, buzlaq, çay, göl, şəlalə və su hövzələri ilə bağlı digər fotolar; 
  • Fotolar Azərbaycan təbiətinə məxsus olmalı, çəkilən ərazinin adı email-də qeyd olunmalıdır;
  • Müsabiqədə hər bir iştirakçı yalnız bir fotoşəkillə iştirak edə bilər;
  • Müsabiqəyə təqdim olunan fotolar müəllif tərəfindən şəxsən lentə alınmalı, orijinal olmalıdır;
  • Fotoşəklin plagiat olduğu müəyyən olunduğu təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq;
  • Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazıları (ad, simvol, logo) olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur;
  • Fotoşəkillər aydın, keyfiyyətli formatda çəkilməlidir.

Fotoları göndərərkən e-maildə iştirakçının ad-soyadının, əlaqə nömrəsinin qeyd edilməsi mütləqdir.

Müsabiqənin qiymətləndirilməsi və mükafatlandırılması:

Səsvermədə qalib olan ilk 3 yerin sahibi aşağıdakı kimi mükafatlandırılacaq:

I yer - 500 AZN

II yer - 300 AZN

III yer - 200 AZN

Müsabiqə ilə bağlı suallarınızı qeyd olunan email ünvanına yaza bilərsiniz:

E-mail: public@eco.gov.az