Elanlar

İctimai dinləmə

31 Yanvar 2023

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı Göl" ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.

2 fevral 2023-cü il tarixdə saat 11:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinin konfrans zalında təşkil olunacaq tədbirdə şirkətlər, dövlət qurumları, kütləvi informasiya vasitələri və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.

Əlavə məlumat üçün: 055 900 55 56