Elanlar

İctimai dinləmə keçiriləcək

07 Dekabr 2022

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə Sumqayıt şəhərində keçiriləcək.

8 dekabr 2022-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunacaq tədbirdə şirkətlər, dövlət qurumları, kütləvi informasiya vasitələri və digər maraqlı tərəflərin nümayəndələrin iştirakı nəzərdə tutulur.

Əlavə məlumat üçün 055 900 55 56 nömrəli telefonla əlaqə yarada bilərsiniz.