Elanlar

Meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə ilk açıq hərrac keçirilib

06 Avqust 2022

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən avqustun 5-də meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə ilk açıq hərrac keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib.

“Keçirilən hərracda Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşan ümumilikdə 523,9 m3 müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 399.99 m3-i satılıb”.

Xidmət rəisi növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcəyini bildirib.