Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən meşə materiallarının satışı üzrə ilk açıq hərrac keçiriləcək
20 İyul 2022
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən avqustun 5-də meşə materiallarının satışı məqsədilə ilk açıq hərrac təşkil ediləcək.
İlkin mərhələdə Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşan müxtəlif cinsli işlik oduncaq materialları hərraca çıxarılacaq.
Hərracda iştirak etmək üçün iddiaçılar sənədləri 2 avqust 2022-ci il saat 17:00-dək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təqdim etməlidirlər.
İddiaçılar əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün, hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqı və ilkin ödəniş ödəməlidirlər.
Hərracda hüquqi və fiziki şəxslər iştirak edə bilər.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında tanış olmaq olar.