Elanlar

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

19 İyul 2022

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün 2022-ci il 18 iyul tarixində keçirilən imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb.

Apellyasiya Şurasına müraciət etmək istəyənlər 20-22 iyul tarixlərində ərizələrini info@eco.gov.az ünvanına göndərə və ya Nazirliyə təqdim edə bilərlər. Göstərilən müddət ərzində müraciət etməyən şəxslər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Məlumat üçün qeyd edək ki, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün imtahanda 32 nəfər iştirak edib, 5 nəfər uğurlu nəticə qazanıb.