İctimai müzakirə
19 May 2022
"Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti 30 may 2014-cü il tarixli 172 nömrəli qərarına əsasən Mərkəzi və yerli icra hakimiyyəti orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, yuxarı icra orqanı tərəfindən normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 10 gün müddətində həmin orqanların rəsmi internet səhifəsinin xüsusi bölmələrində qalmasını təmin edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yaşıllıqların mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar linkə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini lhr@eco.gov.az ünvanına göndərə bilərlər.
"Azərbaycan Respublikasının Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yaşıllıqların mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi
"Azərbaycan Respublikasının Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yaşıllıqların mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi